Daha 6 itkin-şəhidin  qalıqları tapıldı - FOTOLENT
30 iyun 2026 15:10 (UTC +04:00)

Daha 6 itkin-şəhidin qalıqları tapıldı - FOTOLENT

0

Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi dəfn olunacaq.

Lent.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilib.

***

saat 11:38

I Qarabağ müharibəsi ilə əlaqədar indiyə qədər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ümumilikdə 934 şəxsə məxsus sümük qalıqları qəbul edilib.

Lent.az xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

O bildirib ki, təqdim edilmiş qalıqlardan 206 şəxsə məxsus meyit qalıqları naməlum şəhid məzarlarından, 79 şəxsə məxsus meyit qalıqları isə tanınmadan dəfn edilmiş şəhid məzarlarından məzar adlarının dəqiqləşdirilməsi məqsədilə ekshumasiya edilib: “327 şəxsin qalıqları eyniləşdirilib. 226 nəfər şəhidimizin meyiti Dövlət Komissiyasının qərarı və iştirakı ilə şöbələrimizdən ailələrə təhvil verilib. Sabah -iyunun 1-də və 3-də daha 6 nəfər şəhidimizin meyiti ailələrinə təhvil veriləcək.

Bütün bu işlərin həyata keçirilməsində əməkdaşlarımız beynəlxalq təşkilatlarla çoxsaylı görüşlər keçirmiş, dünyanın müxtəlif bölgələrindən təcrübəli mütəxəssislər – məhkəmə-tibb ekspertləri ilə qarşılıqlı elmi-praktik əməkdaşlıq etmiş, kurslar və təlimlərdə iştirak edib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 922

Oxşar yazılar