Smartfonunuzu  viruslardan   qorumağın üsulları
23 fevral 2024 13:14 (UTC +04:00)

Smartfonunuzu viruslardan qorumağın üsulları

Smartfonlar şəxsi, o cümlədən maddi informasiyaları poza biləcək viruslara yoluxa bilər. 

Lent.az xəbər verir ki, mütəxəssislər bununla bağlı kifayət qədər sadə, lakin təsirli tədbirlər görməyi tövsiyə edirlər.

Təhlükəsizlik üzrə ekspert Aleksandr Vlasovun fikrincə, ilk növbədə naməlum keçidlərə klikləməmək vacibdir. Şübhəli bir keçid tanıdığınız biri tərəfindən göndərilsə belə, siz yenə də diqqətli olmalısınız (çünki onun hesabı sındırılmış ola bilər). Ekspert ən kiçik bir şübhə olduqda belə qarşı tərəfə geri zəng etməyi və onun linki göndərib-göndərmədiyini, orada nə olduğunu öyrənməyi tövsiyə edir.

Bundan əlavə, ictimai Wi-Fi şəbəkələrindən çox ehtiyatla istifadə etməyiniz tövsiyə olunur.

“Nəqliyyatda dövlətə məxsus bəzi simsiz internet növlərinə qoşulsanız, bir şey əldə edə  bilməyəcəksiniz. Amma əgər anlaşılmaz yerdə oturursunuzsa və pulsuz Wi-Fi təklif olunursa, bunun həqiqətən lazım olub-olmadığını düşünün”, - Vlasov qeyd edib.

Smartfonunuzu zərərli proqramlardan qorumaq üçün həmçinin sındırılmış proqramları yükləməmək və quraşdırmamaq, əgər varsa, əməliyyat sisteminizi və antivirus proqramlarını mütəmadi olaraq yeniləmək tövsiyə olunur.
 

# 2685
avatar

Sevinc Fərid

Oxşar yazılar