Telefonda "casus"u necə aşkar etmək olar? – 3 MƏSLƏHƏT
29 noyabr 2023 14:07 (UTC +04:00)

Telefonda "casus"u necə aşkar etmək olar? – 3 MƏSLƏHƏT

İnformasiya Təhlükəsizliyi üzrə ekspert Vitali Fomin telefonda casus proqramı aşkar etmək üçün üç məsləhəti bölüşüb.

 Lent.az həmin məsləhətləri təqdim edir: 

Antivirusdan istifadə 

Fominə görə ilk və əsas addım smartfonunuza antivirus proqramını quraşdırmaqdır. Antivirus bir çox zərərli fayl və proqramları aşkar edir. Bu da onu casus proqramlara qarşı mübarizədə mühüm vasitəyə çevirir. 

Cihazın Davranış Təhlili 

İkinci üsul cihazın davranışındakı dəyişiklikləri təhlil etməkdir. Smartfonunuz qəflətən adi vaxtdan daha tez boşalırsa, internet trafikinin istehlakı artırsa, geolokasiya təsadüfi işə salınırsa, naməlum nömrələrə SMS mesajlar göndərilirsə və digər şübhəli hadisələr baş verirsə, bu, casus proqramların mövcudluğuna işarə ola bilər.

Tətbiq Skanerindən İstifadə

Üçüncü üsul şübhəli giriş cəhdlərini daim izləyə bilən və bu barədə cihaz sahibini xəbərdar edə bilən proqram skanerinin quraşdırılması nəzərdə tutulur.

Bu üsullar istifadəçilərə əlavə təhlükəsizliyi təmin edərək, mobil cihazlarında casus proqramı müəyyən etməyə kömək edə bilər. Qeyd etmək lazımdır ki, proqram təminatının mütəmadi olaraq yenilənməsi və proqramların diqqətlə quraşdırılması da informasiya təhlükəsizliyi təhdidlərinin qarşısının alınmasında əsas rol oynayır.

Onu da qeyd etmək lazımdır ki, smartfonunuzda aşkarlanması qeyri-mümkün olan casus proqramlar da var. 
 

# 2256
avatar

Sevinc Fərid

Oxşar yazılar