“Xiaomi”dən yeni smart qolbaqların   şəkilləri sızdırıldı
04 mart 2023 13:30 (UTC +04:00)

“Xiaomi”dən yeni smart qolbaqların şəkilləri sızdırıldı

“Xiaomi Smart Band 8” fitnes qolbaqlarının ilk fotoları yayılıb.

Lent.az xəbər verir ki, yeni biləklik digər modellərdən olduqca fərqlənir. Belə ki, əvvəlki qolbaq kapsulunun yerləşdirildiyi yuvada tək qayış var idi. Yeni model isə gövdəyə bərkidilmiş iki ayrıla bilən qayışla təmin olunub.

Cihazın arxasında siz “Xiaomi Smart”da olanlardan bir qədər fərqli olan rezin yastıqcıqlar və sensorları görə bilərsiniz.

Yeni qolbağın xüsusiyyətləri haqqında çox az şey məlumdur. Sızdırılan məlumatlara görə, o fitnes qolbaqlarının bütün əsas funksiyalarına sahib olacaq. Həmçinin Bluetooth 5.1 modulu ilə təchiz ediləcək, akkumulyator isə polimer litium-ion batareya sahibdir ki, bunun da gərginliyi 3,87 V malik olacaq.

“Xiaomi Smart Band 8” NRRA Koreya tərəfindən sertifikatlaşdırılıb və artıq cihazın kütləvi istehsalına başlanılıb. Məlumata görə, cihazın buraxılışı bu ilin aprel və ya may aylarında gözlənilir.


 

 

# 2424
avatar

Sevinc Fərid

Oxşar yazılar