Oğurluq anı
07 sentyabr 2022 17:19 (UTC +04:00)

Oğurluq anı

Həbsxanada dostlaşmışdılar, mağazaları yardılar - VİDEO

Bakının Yasamal rayonunda yerləşən mağazalardan birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxslər orada işləyən satıcının çantasından 950 manat oğurlayıblar. Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Elçin Yusifov və Ramil Şəfaqətov tutulublar.

Araşdırma zamanı onların paytaxtın Səbail və Nərimanov rayonlarında daha 3 obyekdən oğurluqlar etdikləri müəyyən olunub.

Qeyd edək ki, hər iki şəxs müxtəlif cinayətlər etdikləri üçün əvvəllər məhkum ediliblər və cəzaçəkmə müəssisəsində tanış olublar. Azadlığa çıxandan sonra isə yenidən birlikdə oğurluqlar ediblər.

Faktlarla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Elçin Yusifov və Ramil Şəfaqətov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa 26-cı Polis Bölməsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Bakının Yasamal rayonunda yerləşən mağazalardan birindən oğurluq edilib.

# 2367
avatar

Mehman Nəbiyev

Oxşar yazılar