Narkotik əkdiyi üçün saxlanılan şəxslər
05 avqust 2021 14:57 (UTC +04:00)

Narkotik əkdiyi üçün saxlanılan şəxslər

"Leş Tofiq"in qardaşı həbs edildi - VİDEO

Abşeronda çətənə kolları yetişdirən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçirilib. 

Polis Bölməsinə əvvəllər məhkum olunmuş Əli Kiçikbəyovun Hökməli qəsəbəsində yaşadığı evin həyətində çətənə bitkilərini əkib-becərdiyi, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal polislər tərəfindən həmin ünvana baxış keçirilib. Baxış zamanı Əli Kiçikbəyovun həyətində xüsusi qulluq edərək yetişdirdiyi 11 ədəd çətənə bitkisi aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq ondan əlavə olaraq marixuana, çətənə toxumları, 5 büküm heroin, 2 büküm metamfetamin və elektron tərəzi aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində  əkdiyini və xüsusi qulluq etdiyini bildirib.

Qobu Polis Bölməsinin əməkdaşlarının Aşağı Güzdək qəsəbəsi ərazisində həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olan, əvvəllər dəfələrlə məhkum edilmiş qəsəbə sakini Rasim Rzaxanov da saxlanılıb. Onun evinin həyətinə baxış zamanı 1 kiloqrama yaxın marixuana və 15 ədəd xüsusi qulluq edərək yetrişdirdiyi çətənə kolu aşkar edilib. Rasim Rzaxanov ifadəsində narkotik tərkibli bitkiləri əkib-becərdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.

Qeyd edək ki, narkotik vasitələrin kultivasiyası, eləcə də qanunsuz dövriyyəsində şübhəli bilinən Rasim Rzaxanov ölmüş iri buynuzlu qidaya yararsız mal və at ətlərinin Respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü, həmçinin emalı ilə məşğul olduğu üçün bir neçə il bundan əvvəl saxlanılan mütəşəkkil dəstə başçısı Alıbəy Rzaxanovun qardaşıdır.

Faktlarla  bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, saxlanılanlardan Rasim Rzaxanov 2019-cu ildə yararsız ət satışına görə həbs olunan "Leş Tofiq" ləqəbli Alıbəy Rzaxanovun qardaşıdır.

"Leş Tofiq" ləqəbli Alıbəy Rzaxanov

Abşeronda narkotik bitkilər əkən tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7499

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15
İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

14 iyun 2025 , 10:15
Bulvarda kişi dənizə düşdü - VİDEO

Bulvarda kişi dənizə düşdü - VİDEO

13 iyun 2025 , 17:22
Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

13 iyun 2025 , 13:39
İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

13 iyun 2025 , 12:09