Şəhid övladı olan məmurdan bayrağa HÖRMƏTSİZLİK:  qoparıb atdı - VİDEO  - YENİLƏNİB
30 sentyabr 2022 12:58 (UTC +04:00)

Şəhid övladı olan məmurdan bayrağa HÖRMƏTSİZLİK: qoparıb atdı - VİDEO - YENİLƏNİB

Bərdə rayon İcra Hakimiyyəti bayrağa edilən hörmətsizliklə bağlı məlumat yayıb.

İcradan Lent.az-a verilən məlumatda bildirilir:

"Bərdə rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılmış Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir.

Hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınmış və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb. Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib.

Azərbaycan Respublikasının Dövlət bayrağı bütün azərbaycanlıların baş tacı və qürur mənbəyi olduğu kimi rayonun bütün sakinləri üçün də ən müqəddəs dövlət rəmzidir və onu göz bəbəyi kimi qorumaq hər birimizin ümdə borcudur".

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma başlayıb.

***
Saat: 11:55

Bərdədə Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə naməlum şəxsin obyektin pəncərəsindən asılan bayrağı qopararaq, hörmətsizcə stolun üstünə atması əks olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Lent.az-a bildirib ki, qeyd edilən video görüntülərlə əlaqədar Bərdə rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb:

“Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda Azərbaycan bayrağını qoparan şəxsin icra nümayəndəsi olduğu bildirilir.

# 5358
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Narkotikin təsirində olan avtobus sürücüsü saxlanıldı - VİDEO

Narkotikin təsirində olan avtobus sürücüsü saxlanıldı - VİDEO

8 dekabr 2022 , 18:48
Gəlinlə bəyə yersiz zarafat:   Qum "atəşinə" tutdular - VİDEO

Gəlinlə bəyə yersiz zarafat: Qum "atəşinə" tutdular - VİDEO

8 dekabr 2022 , 16:24
Kəlbəcər qardan təmizlənir - VİDEO

Kəlbəcər qardan təmizlənir - VİDEO

8 dekabr 2022 , 12:03
Zaqatala SİLKƏLƏNDİ:  zəlzələ anı - VİDEO  - YENİLƏNİB

Zaqatala SİLKƏLƏNDİ: zəlzələ anı - VİDEO - YENİLƏNİB

8 dekabr 2022 , 11:30
Tavan çökdü: Fəhlə gözəllik salonuna  düşdü - VİDEO

Tavan çökdü: Fəhlə gözəllik salonuna düşdü - VİDEO

8 dekabr 2022 , 10:07
Ölüm olan qəzada kəndir qırıldı, "NİVA" dərəyə yuvarlandı - VİDEO

Ölüm olan qəzada kəndir qırıldı, "NİVA" dərəyə yuvarlandı - VİDEO

7 dekabr 2022 , 10:05
Bakı Yeni ilə hazırlaşır - FOTOLENT +VİDEO

Bakı Yeni ilə hazırlaşır - FOTOLENT+VİDEO

6 dekabr 2022 , 15:53
Bakıda 5 "Prius"  bir-birinə girdi - VİDEO

Bakıda 5 "Prius" bir-birinə girdi - VİDEO

6 dekabr 2022 , 14:03