Metroda yüksək səslə   danışan qadın BIÇAQLANDI - VİDEO
01 dekabr 2022 14:18 (UTC +04:00)

Metroda yüksək səslə danışan qadın BIÇAQLANDI - VİDEO

Moskva metrosunda bir sərnişin telefonla yüksək səslə danışdığına görə bıçaqlanıb.  

Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, "Qovorovo" stansiyasından "Minsk" metrostansiyası istiqamətində hərəkət edən qatarda 36 yaşlı qadın sərnişinin telefonla yüksək səslə danışması münaqişə yaradıb.

Başqa bir sərnişin qadına əvvəlcə sakit danışması üçün hədə-qorxu gəlib, sonra onun üzünə bıçaqla zərbə endirib.

Qadın üçün dərhal təcili yardım çağırılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Zərərçəkən polisə müraciət edərək şikayətçi olub.

Hücumda şübhəli bilinən 50 yaşlı şəxs “Oktyabrskoye pole” metrostansiyasında saxlanılıb.

Hadisə təhlükəsizlik kameraları ilə lentə alınıb.

Həmin kadrları təqdim edirik:

 

# 5883
avatar

Sevinc Fərid

Oxşar yazılar