Tanınmış şair atdan YIXILDI:   Vəziyyəti... - ANBAAN VİDEO
05 iyun 2022 23:00 (UTC +04:00)

Tanınmış şair atdan YIXILDI: Vəziyyəti... - ANBAAN VİDEO

Şair Cəlal Qurbanov atdan yıxılaraq xəsarət alıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Hacı Nuran “Facebook”da məlumat verib. 

“Nəğməkar-şair, Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Fire Land production”-un rəhbəri, xeyriyyəçi Cəlal Cavanşir oğlu Qurbanovun xəsarət alması çox pis xəbər oldu ... Sevmirəm dostların xəstəlik xəbərlərini nə almağı, nə paylaşmağı ... Amma həyatdır ... Heç kim heç nədən sığortalanmayıb ... Eynən Cəlal da ... Amma baş verən hadisə çox təəssüf doğurur ... Onun vəziyyətinin ağır olmağı mənə çox pis təsir etdi ... Onun üçün əlimdən gələn ancaq dualarımdır ... Çünki Cəlal Qurbanov xəstə yatağında deyil, ayaqda olmağa layiq oğuldur ... Cəlal Qurbanov yüzlərlə şəhid övladının mənəvi atası olduğu halda bu gün onun övladları "atam üçün dua edin" deyirlər ... Tanrı onu balalarına bağışlasın ... Bir məqama da çox təəssüflənirəm ... Dostumun belə ağır anında yanında deyiləm ... Buna da çox üzülürəm ... Çünki Cəlal Qurbanov özü çox diqqətcil insandır ... Kiminsə xəstəlik xəbərini eşidən kimi birinci orda olan adamdı qardaşım ... Amma təəssüf ki, mən də səhhətimlə bağlı xaricdəyəm ... Və bu məqamda ona mənən də olsa dəstək ola bilmirəm ... Gücüm tək dualarıma çatır .... Mənim əziz qardaşım, yastığın yüngül olsun ... Tanrı səni xəstəxana çarpayısı ilə sınamasın ... DUA EDƏK ...” – deyə Hacı Nuran qeyd edib.

# 4884
avatar

Oxşar yazılar