Yuxudan oyanıb, nəhəng köpək balığı  tutdu - VİDEO
22 may 2024 17:24 (UTC +04:00)

Yuxudan oyanıb, nəhəng köpək balığı tutdu - VİDEO

Həftəsonu ABŞ-ın Florida ştatından olan təcrübəli balıqçı Oven Prior  təxminən 4 metr uzunluğunda olan köpək balığı tutub.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə o, Ceksonvill çimərliyində balıq tutarkən baş verib. 

"Mən yüzlərlə köpəkbalığı, hətta 14 futluq çəkic başlı köpəkbalığı tutdum, amma bu mənim ən yaxşı köpəkbalığım idi - onu uzun müddət xatırlayacağam", - Prior bildirib.

Oven Prior deyib ki, köpəkbalığı səhər saat 4 radələrində 12 saat gözlədikdən sonra yemi tutub. Köpəkbalığı ovunu tutduqdan sonra çıxarmaq təxminən 25 dəqiqə çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2250
avatar

Fidan İlqar

Oxşar yazılar