<span style="color:red;">Nadir Qafarzadə:  "...bu heç ağlımdan da keçməyib"
13 fevral 2016 14:57 (UTC +04:00)

Nadir Qafarzadə: "...bu heç ağlımdan da keçməyib"

 

Bu gün tanınmış müğənni Nadir Qafarzadənin doğum günüdür.

 

Lent.az-a açıqlama verən ifaçı bildirib ki, bu münasibətlə ailə üzvləri və dostları ilə bir araya gələcək: “Məni tanıyan yaxınlarım bilir ki, dəb-dəbəli ad günlərini sevmirəm. Yəni restoranların birində ad gün keçirib, şou-biznes əhlini və yaxın dostlarımı bir araya yığa bilərdim. Amma bu mənim heç ağlımdan da keçməyib. Çünki onları əziyyətə salmaq istəmirəm. Onsuzda indi hər kəsin özünə dair problemləri, işləri var. Hər ildən fərqli olaraq bu il doğum günüm bir neçə gün öncə qeyd edilməyə başlandı. Keçən həftə SPACE telekanalında, ötən gün isə ATV-də “Hər axşam” verilişində ad günüm qeyd olundu. Bu gün isə ailə üzvlərim və yaxın dostlarımla birgə özəl günümü qeyd edəcəm. Ad günümlə bağlı bir çox insanlardan təbriklər və hədiyyələr aldım. Təbriklərə görə hər kəsə minnətdaram”.

 

Qeyd edək ki, N.Qafarzadə 1971-ci il fevralın 13-də Şabran rayonunda anadan olub. Musiqi sənətinə gəlişi isə təsadüfi olmayıb. Belə ki, ifaçı Asəf Zeynallı adına Musiqi Kollecini "Opera" müğənnisi və musiqi müəllimi ixtisası üzrə bitirib. Orta məktəbdə oxuduğu müddət ərzində musiqi ilə də məşğul olub.  Belə ki, Azərbaycan Dövlət Tele-Radio Şirkətinin "Qırmızı Qərənfil" məktəblilər ansamblında solist kimi fəaliyyət göstərmişdir. Bir çox musiqi müsaqibələrinin və mahnı festivallarının qalibi olub, bunlardan: "Qızıl Buta", "Grand" (2 dəfə), "İllin mahnısı", "İlin müğənnisi" və "İlin klipi" kimi mükafatları göstərmək olar. 1989-cu ildə Rusiyanın Murmansk Vilayətində həqiqi hərbi xidmətdə olub. 2006-cı ildə Yalta şəhərində keçirilən Beynəlxalq Mahnı Festivalında Azərbaycanı təmsil edib. Elə həmin ildə də Beynəlxalq Soçi Festivalında Azərbaycandan fəxri qonaq kimi dəvət olunub. O cümlədən Moskvada keçirilən Rusiya Federasiyasının müstəqillik günündə iştirak edib.  Sevinc adlı xanımla ailə qurub. Müğənninin həmin evlilikdən Loğman və Əziz adlı oğlu var.

 

# 276
avatar

Oxşar yazılar