Əriştəli toyuq şorbası (10 ay+)
16 mart 2020 12:25 (UTC +04:00)

Əriştəli toyuq şorbası (10 ay+)

Uşağınız qrip olubsa, bu şorbanı menyunuza əlavə etməyi məsləhət ederdik. Toyuq bulyonu, xəstəlik halında ağla gələn ilk yeməkdir. Həkimlər də qrip xəstələrinə toyuq bulyonunu tövsiyə edirlər. Çünki toyuq ətini yemək asandır. Buna görə də iştahsızlığın olduğu bir xəstəlik zamanı toyuq bulyonu ilə hazırlanan yeməklər uşaqlara hətda böyüklərə də tövsiyə olunur. Bundan əlavə, qrip olan insana bol maye içmək vacib olduğu halda şorba bu kimi hallarda köməyə yetişən bir yeməkdir.
Toyuqun müxtəlif yerlərindəki ətin xüsusiyyətləri də fərqlidir. Məsələn, zülal əsasən döş ətində, yağ isə boyun bud və s. hissədə cəmlənir. Zülal və yağ tərkibi baxımından əhəmiyyətli bir üstünlüyə sahib olan toyuq əti, xüsusilə dəmir, fosfor və B qrup vitaminlərinin yaxşı mənbəyidir.
Bişmiş toyuq ətinin qidalandırıcı dəyəri, yenidən qızdırmaqla biraz daha azalır. Təkrar istiləşmədən çəkinin, mümkün qədər uşaq üçün bişirdiyiniz toyuq ətini bişdiyi gündə yedirməyə çalışın.

Əriştəli toyuq şorbası üçün inqridiyentlər:

  • Toyuq döş ətinin yarısı,
  • 1/2 fincan əriştə,
  • 2-3 budaq cəfəri,
  • 1 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,
  • 1 kiçik kök,
  • 5 stəkan su.

Əriştəli toyuq şorbasının hazırlanması:

Dəridən təmizlənmiş və yaxşıca yuyulmuş toyuq əti qazana qoyulur və su əlavə olunur. Orta istilikdə 30 dəqiqə bişdikdən sonra toyuq əti sudan çıxarılır. Toyuq əti didilib, kiçik parçalara kəsilir. Bu vaxt, əlavə tavada zeytun yağı ilə incə doğranmış və ya rəndələnmiş kök orta istilikdə 3-4 dəqiqə bişirilir. Qaynayan toyuq bulyonuna bişmiş kök, didilmiş toyuq, bütöv halda cəfəri və əriştə əlavə olunur. Orta istilikdə 10 dəqiqə bişirilir. Əriştə bişirildikdən sonra ocaqdan götürülür. Qoyduğunuz bütöv cəfəri yeməkdən götülür.

Körpələr üçün şorbanı əl blendirindən keçirib, verə bilərsiniz. Körpəniz xəstədirsə, iştahsızdırsa, yeməkdə çox çətinlik çəkirsə, blenderdən çox xırda keçirə bilərsiniz. Əks halda yeməyi çox xırda keçirməyə ehtiyac yoxdur.

# 2040
avatar

Oxşar yazılar

Alimlər nar qabıqlarını mikrob əleyhinə dərmana çeviriblər

Alimlər nar qabıqlarını mikrob əleyhinə dərmana çeviriblər

20 aprel 2024 , 06:31
Yatmadan əvvəl 11 zeytun yeyin

Yatmadan əvvəl 11 zeytun yeyin

18 aprel 2024 , 03:43
Lobya şorbası bişirərkən bir neçə damcı əlavə edin

Lobya şorbası bişirərkən bir neçə damcı əlavə edin

16 aprel 2024 , 03:14
Bu məhsulla həm arıqlayacaqsınız,  həm də bağırsağınız  sağlam olacaq

Bu məhsulla həm arıqlayacaqsınız, həm də bağırsağınız sağlam olacaq

9 aprel 2024 , 22:37
Qabartma tozu əvəzinə xəmirə  onu əlavə edin

Qabartma tozu əvəzinə xəmirə onu əlavə edin

8 aprel 2024 , 04:34
Bu ərzaqları yeməklə ŞİRNİYYAT İSTƏYİNİ  azalda bilərsiniz

Bu ərzaqları yeməklə ŞİRNİYYAT İSTƏYİNİ azalda bilərsiniz

5 aprel 2024 , 06:52