Sahib Rzayev
27 oktyabr 2026 13:13 (UTC +04:00)

Sahib Rzayev

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? - Keçmiş müstəntiq

0

Xəbər veriryimiz kimi, Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

Lent.az Penitensiar xidmətin yeni rəisi Sahib Rzayevin qısa bioqrafiyasını təqdim edir:

Sahib Rzayevin neçə yaşı var?

Sahib Rzayev 1977-ci ildə anadan olub.

Sahib Rzayev harada təhsil alıb?

Sahib Rzayev 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə ilə bitirib.

Sahib Rzayev hansı vəzifələrdə çalışıb?

Sahib Rzayev 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb.

2025-ci ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib. 

Sahib Rzayev son təyinata qədər harada çalışıb?

Sahib Rzayev son təyinata qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsini tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar