Ronaldonun sevgilisi kazinoya "pul" paltarında gəldi
28 noyabr 2022 19:59 (UTC +04:00)

Ronaldonun sevgilisi kazinoya "pul" paltarında gəldi

İspan rəqqasə, model və portuqaliyalı futbolçu Kriştiano Ronaldonun sevgilisi Jorjina Rodriqes kazinoya “pul” paltarında gələrək azarkeşləri qəzəbləndirib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onun “Instagram” səhifəsində müvafiq şəkillər və şərhlər yer alıb.

Məşhur oyun avtomatlarının fonunda təsvir olunduğu bir sıra fotolar yayımlayıb. O, dəbdəbəli “Vetements” brendinin dollar əskinasları ilə bəzədilmiş stiletto topuqları və maksi paltarı geyinib. Eyni zamanda onun imicini ağ-boz dəri çanta və gün eynəyi tamamlayıb.

Onun geyimi abunəçilər tərəfindən bəyənilməyib.

“Xahiş edirəm, Kardaşyan kimi olmayın”, “Bütün bu pullar... dadsız görünür!”, “Sən belə deyilsən. Eyni qalın: təvazökar və orijinal. İndi özünü göstərməyə çalışdığın axmaqlıqdır”, “Sən pisə doğru dəyişirsən”, “Nə gülməli geyimdir”, - şərhlərini yazıblar.
 

# 3978
avatar

Oxşar yazılar