Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin  adını AÇIQLADI
01 iyul 2025 19:33 (UTC +04:00)

Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI

"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp futbol tarixinin ən yaxşı baş məşqçisini açıqlayıb.

"Aleks Ferqyusonla çox gözəl anlar yaşadım. Hətta onunla danışmaq mənim üçün şərəf idi. Məşqçi üçün ən yaxşı şey oturub onu dinləməkdir. Onun nə dediyini başa düşmək üçün mənə 10 dəqiqə lazım oldu.

Ferqyuson ən yaxşısıdır. Mən ona çox hörmət edirəm”, - Lent.az xarici KİV-ə istinadla bildirir ki, Yurgen Klopp söyləyib.

Aleks Ferqyuson 1986-2013-cü illərdə "Mançester Yunayted"ə rəhbərlik edib, 13 Premyer Liqa, 5 İngiltərə Kuboku və 2 Çempionlar Liqası titulunu qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376

Oxşar yazılar