Leysan və dolu yağacaq  - XƏBƏRDARLIQ
01 iyul 2025 16:41 (UTC +04:00)

Leysan və dolu yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında iyulun 2-si günün ikinci yarısından həftə sonunadək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarda yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından sel keçəcəyi ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420

Oxşar yazılar