Kristina D'Avila Teyşera Rodriqes və Paulo Roberto Moraes Teyşera Junior
11 mart 2021 19:54 (UTC +04:00)

Kristina D'Avila Teyşera Rodriqes və Paulo Roberto Moraes Teyşera Junior

Sinəsini böyütmək üçün pul verməyən sevgilisini güllələdi

Braziliyanın Manaus şəhərindən olan 24 yaşlı Kristina D'Avila Teyşera Rodriqes 29 yaşındakı iş adamı Paulo Roberto Moraes Teyşera Junior ilə il yarım görüşüb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, qız onun yanında işə düzəlib və aralarında sevgi romanı yaşanıb. Ancaq bir anda münasibətlər pozulub.
Paulonun qohumlarının sözlərinə görə, oğlan Kristina üçün hər şey edib: maşın, iş, pul. Ancaq bu onun üçün yetərli olmayıb.

Qız sinəsini böyütmək istəyib və sevgilisindən əməliyyat üçün pul ödəməsini xahiş edib. Pandemiya səbəbindən oğlanın biznesinə ziyan dəyib, buna görə pul verməkdən imtina edib. Tezliklə onun  haqqında xoşagəlməz bir şey öyrənərək tamamilə ayrılmağa qərar verib.

Ancaq Kristina bu qədər asanlıqla təslim olmaq istəməyib. Gecə söhbət etmək üçün iş adamının evinə  gəlib, kameraları söndürüb və mübahisə zamanı Paulo'nu başının arxasından vurub. Oğlan xəstəxanada ölüb. 

Mərhumun yaxınları qətlin qəsdən edildiyini düşünürlər və Kristinanın sevgilisi ilə yalnız pul müqabilində görüşdüyünü qeyd edirlər.

Ancaq qısa müddətdə polisə təslim olan qız, həyatını qorumaq üçün silahdan istifadə etdiyini bildirib.

# 4074
avatar

Oxşar yazılar