Xanımların xəyanətindən sonra evlilikdə NƏ EDİLMƏLİDİR?
21 yanvar 2023 09:38 (UTC +04:00)

Xanımların xəyanətindən sonra evlilikdə NƏ EDİLMƏLİDİR?

Xanımların xəyanətindən sonra evliliyi xilas etmək üçün məsləhətlər açıqlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə mütəxəssis və yazıçı Colin Nolan danışıb.

O bildirib ki, 30 yaşlı anonim bir oxucu xanımının ona xəyanət etdikdən sonra münasibətləri xilas etmək üçün nə edəcəyini soruşub. Kişinin dediyinə görə, o, bu yaxınlarda öyrənib ki, seçdiyi xanım iş yoldaşını öpüb. Bu barədə xanımı etiraf edib. Qadın ərini hələ də sevdiyini və boşanmaq istəmədiyini iddia edir. Ancaq kişi kifayət qədər xanımından soyuduğunu açıqlayıb:

"Bilirəm ki, onlar bir yerdə yatmayıblar. Amma o, xətti keçdi. Və hələ də onun məni aldatdığını hiss edirəm. Əhval-ruhiyyəm daim dəyişir: bir dəqiqə düşünürəm ki, o qədər də pis deyil, növbəti dəqiqə isə buna görə əsəbiləşirəm və qəzəblənirəm".

Nolan qadının sərhədi keçdiyi ilə razılaşıb. Onun fikrincə, belə bir vəziyyətdə hisslərlə dərhal məşğul olmaq həqiqətən çətindir. Bundan sonra evliliyi xilas etmək mümkündür, lakin bunun üçün bir-birinizə hisslərinizi səmimi şəkildə söyləmək lazımdır.

Onun niyə başqa bir kişi ilə emosional yaxın olduğunu anlamaq lazımdır. Həm də aydın olmalısınız ki, əgər bu yenidən baş verərsə, ikinci şans olmayacaq. Dürüst olmaq və özünü evlilik üzərində işləməyə həsr etmək üçün indi qərar verməlidir. Nolan əmindir ki, qadın səhv edib, lakin bunu etiraf edib peşman olması artıq müsbət başlanğıcdır.

# 2373
avatar

Fidan İlqar

Oxşar yazılar

Bacılar  bir kişidən   hamilə qalıblar

Bacılar bir kişidən hamilə qalıblar

29 mart 2023 , 19:41
Azərbaycan əsilli   aktrisa keçmiş ərindən danışdı

Azərbaycan əsilli aktrisa keçmiş ərindən danışdı

29 mart 2023 , 15:19
Norveçli futbolçu ilə  rusiyalı gözəlin   SEVGİ HEKAYƏSİ

Norveçli futbolçu ilə rusiyalı gözəlin SEVGİ HEKAYƏSİ

28 mart 2023 , 19:56
Valideynlərinin  ayırdığı sevgililər:   60 ildən sonra evləndilər

Valideynlərinin ayırdığı sevgililər: 60 ildən sonra evləndilər

28 mart 2023 , 19:34
Futbolçu arvadına 860 metrlik  villa aldı

Futbolçu arvadına 860 metrlik villa aldı

28 mart 2023 , 18:07
Tanınmış cütlük barışdı -  FOTO

Tanınmış cütlük barışdı - FOTO

27 mart 2023 , 14:19
İkardidən arvadına 120 min dollarlıq HƏDİYYƏ - FOTO

İkardidən arvadına 120 min dollarlıq HƏDİYYƏ - FOTO

27 mart 2023 , 12:39
Afra ilə Çağatay sevgilidir?

Afra ilə Çağatay sevgilidir?

27 mart 2023 , 09:58