Dərinin mükəmməl olması üçün 5 VƏRDİŞ – TÖVSİYƏLƏR
17 yanvar 2023 16:52 (UTC +04:00)

Dərinin mükəmməl olması üçün 5 VƏRDİŞ – TÖVSİYƏLƏR

Gözəl dəriyə sahib olmaq üçün həmişə sağlam həyat tərzi yaşamaq, düzgün qidalanmaq və özünə qulluq etmək lazımdır. Ancaq qulluq zamanı bəzi səhvlər nəticəsində sızanaqlar və vaxtından tez qocalma əmələ gəlir. Dərinizin uzun illər mükəmməl qalmasını istəyirsinizsə, o zaman beş sadə qaydaya diqqət yetirməlisiniz.

Lent.az bu beş qaydanı sizə təqdim edir:

Düzgün qidalanmaq

Son zamanlar tərkibində antioksidantlar olan dəriyə qulluq kosmetikası çox populyarlaşıb. Lakin onlar düzgün qidalanmaq qədər təsirli deyil. Gözəl dəri üçün ən yaxşı bolqar bibəri, çili, giləmeyvə, müxtəlif növ kələm, dəniz balığı və dəniz məhsulları, dəniz yosunu, quinoa, qarabaşaq yarması kimi qidalardan istifadə etmək lazımdır.

Erkən yatmaq

Uzun illər qüsursuz görünmək istəyirsinizsə, o zaman axşam saat 11-dən gec yatmamağı öyrənin. Bunun sayəsində dəri gənc, parlaq və təravətli qalacaq. Həmçinin, ən az 8 saat yuxunuzu almalısınız.

Baxım rejiminizə laqeyd yanaşmayın

Mütəxəssislər bildirir ki, əsas qulluq gündə iki dəfə edilməlidir. Bir qayda olaraq, dərini təmizləmək, tonlandırmaq və nəmləndirmək lazımdır. Bu mərhələlər axşam və səhər həyata keçirilir. Həmçinin həftədə bir neçə dəfə dərini dərindən təmizləmək və lazımi maskalar etmək məsləhətdir.

Limon və bal ilə su

Gündə müntəzəm olaraq ən azı iki litr maye içmək lazımdır. Suyu daha dadlı və faydalı etmək üçün ona bir dilim limon və bir az bal əlavə edə bilərsiniz. Bu, suyu antioksidant və qida mənbəyinə çevirməyə kömək edəcək. Bu vərdiş sızanaqlardan qurtulmağa və dərin qırışların yaranmasının qarşısını almağa kömək edəcək.

Zərərli yeməklərdən imtina

Dərinin yumşaq, sağlam və parlaq olması üçün qidalarda şəkər və duzun miqdarı əhəmiyyətli dərəcədə azaldılmalıdır. Bu qidalar erkən qırışlara və sızanaqlara səbəb olur.

Dəriyə zərər verən digər məhsullar isə qızardılmış qidalar və “fast foodlar”dır. Bunun üçün bunları bacardığınız qədər qida rasionunuzdan çıxarmalısınız.

# 1647
avatar

Sevinc Fərid

Oxşar yazılar