Brend-stilist, Chevelure gözəllik məkanının mütəxəssisi Yana Kondratyeva yay istisində rahatlıq gətirəcək və eyni zamanda zərif görünəcək saç düzümlərini açıqlayıb.
Lent.az bu saç düzümlərini təqdim edir:
Stilistin tövsiyə etdiyi saç düzümləri
Səliqəsiz topuz (messy bun)
Yana Kondratyevanın sözlərinə görə, xüsusi “bublik” tərzi saç tokası ilə edilən səliqəsiz topuz yay üçün ideal seçimdir. Həm boyun açıq qalır, həm də görüntü cazibədar və qeyri-rəsmi olur. Saçlara bir az buruq effekt vermək isə görünüşə əlavə “şarm və unikalıq” qatır.
Aşağı at quyruğu (low ponytail)
Bu sadə və rahat saç düzümü baş dərisini yükləmir və günün istisində daha yüngül hiss olunmağa imkan yaradır. Rəsmi olmayan gəzintilər və hətta ofis üçün də uyğundur.
Dəniz dalğası effekti (beach waves)
Xüsusilə yay axşamları və açıq hava tədbirləri üçün uyğundur. Həm təbii görünür, həm də havadar və rahatlıq hissi yaradır. Bu saç düzümləri yalnız istilərdən qorunmağa kömək etmir, həm də yay obrazınıza incəlik və zəriflik qatır.
Stilist qadınlara yay aylarında fen və ağır düzləşdiricilərdən uzaq durmağı, saçlara zərər vermədən daha təbii üsullara üstünlük verməyi tövsiyə edir.