Elə bil ki, imkanlı insanlar hər şeyin ən bahalısını və yaxşısını ala bilərlər. Lakin elə bir sahə var ki, burada tam əks bir qanunauyğunluq müşahidə olunur və bu, bir çoxlarını təəccübləndirir.
Lent.az bu barədə məlumat verir.:
Söhbət yüksək keyfiyyətli, baza tərzli geyim və ayaqqabılardan gedir.
Varlı insanlar bu geyimləri nisbətən “ucuz” alırlar — amma bu ucuzluq brend dəyərinin olmaması ilə bağlıdır. Onlar pulunu klassik üsluba, keyfiyyətli materiallara və peşəkar tikiliyə yatırırlar, dəb dalğalarına və ya iri loqotiplərə deyil. Məsələn, onlar qalın və uzun lifli pambıqdan tikilmiş, mükəmməl biçimli ağ köynəklər, bir parça dəridən hazırlanmış klassik oksford ayaqqabılar və ya klassik fasonlu yun palto axtarırlar. Bu cür məhsullar tez-tez brend olmayan, amma işini peşəkar edən fabrik və ustalar tərəfindən istehsal olunur. Onlar böyük marketinq xərclərinə və mərkəzdəki butik icarələrinə pul xərcləmirlər. Bu səbəbdən qiymət yalnız material və zəhmətin dəyəri ilə formalaşır, brend prestiji ilə yox. Nəticədə, belə bir məhsula pul qoyan varlı insan uzunömürlülük və zamansız üsluba sərmayə qoyur. Bu cür geyim illərlə geyilə bilir, dəbdən düşmür və yalnız keyfiyyəti sayəsində bahalı görünür.
Digər tərəfdən, az təminatlı insanlar, çox zaman uğur təəssüratı yaratmaq üçün və ya aqressiv reklamlara aldanaraq, "lüks" loqotipləri daşıyan “sürətli dəb” (fast fashion) məhsulları və ya onların saxta versiyalarına dəfələrlə baha pul ödəyirlər. Bu isə keyfiyyətsiz sintetik materiallardan hazırlanmış, zəif biçimli, tez-tez loqotiplərlə bəzədilmiş, və bir neçə yuyulmadan sonra formasını itirən, tez cırılan və növbəti mövsüm artıq dəbdə olmayan geyimlərdir. Nəticədə, bir neçə il ərzində belə “ucuz” geyimləri tez-tez yeniləmək üçün varlının bir dəfə aldığı keyfiyyətli məhsuldan qat-qat çox pul xərclənmiş olur.