Eyvanı dekorativ bitkilərlə gözəlləşdirməyin YOLLARI
27 iyul 2022 04:39 (UTC +04:00)

Eyvanı dekorativ bitkilərlə gözəlləşdirməyin YOLLARI

Limon, zeytun ağacı, lavanda və Aralıq dənizi təbiətinə xas olan digər beş növ bitki eyvanda gözəl görünəcək.

Lent.az xəbər verir ki, bu barədə “Elle Decoration” məlumat yayıb.

“Zeytun bağları Aralıq dənizinin simvoludur. Zeytun açıq havada olmağı sevir, buna görə onu müntəzəm olaraq günəşli, küləkdən qorunan yerə aparın”,-deyə nəşr tövsiyə edib.
O, həmçinin eyvanı şəhər yerlərində qablarda yaxşı böyüyən lavanda ilə bəzəməyi təklif edib. Əsas odur ki, onun üzərinə kifayət qədər günəş işığı düşsün. Daha uzun çiçəkləmə üçün həftədə bir neçə dəfə müntəzəm olaraq suvarılmalı və bəzən gübrələrlə qidalanmalı olduğu bildirilib.
Nəşr həmçinin əncir ağacı, rozmarin, kəklikotu, hibiskus və begonvil əkməyi tövsiyə edib.
 

# 2253
avatar

Oxşar yazılar