Rusiyalı müğənni Filipp Kirkorovun “Luiza” adlı yeni klipinin təqdimatı şou-biznes nümayəndələrini bir araya gətirib.
Lent.az xəbər verir ki, bu barədə “StarHit” məlumat yayıb.
Tədbirdə müxtəlif tanınmış sənətçilər iştirak ediblər. Müğənni JONY də təqdimatda görüntülənib.
JONY-nin səhhəti ilə bağlı yayılan şayiələr fonunda ictimai tədbirə qatılması diqqət çəkib.