Ronaldu 982-ci qolunu vurdu,  "Ən-Nəsr" rekord müəyyənləşdirdi
23 oktyabr 2026 21:26 (UTC +04:00)

Ronaldu 982-ci qolunu vurdu, "Ən-Nəsr" rekord müəyyənləşdirdi

0

Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının XI turunda "Ən-Nəsr" səfərdə "Əl-Feysali"ni 3:1 hesabı ilə məğlub edib.

Lent.az xəbər verir ki, qarşılaşma Əl-Məcmə şəhərindəki "Əl-Məcmə Sports Siti" stadionunda keçirilib.

Ər-Riyad təmsilçisi çempionatda ardıcıl 97-ci oyunda qol vuraraq Argentina "River Pleyt"inin rekordunu yeniləyib Futbol statistikası üzrə mütəxəssis, "MisterChip" kimi tanınan Aleksis Martin-Tamayonun məlumatına görə, Argentina klubu 1936-1939-cu illərdə ardıcıl 96 oyunda qol vurub.

Qarşılaşmanın əvvəlində qonaqların hücumçusu Abdullah Əl-Həmdan hesabı açıb. 49-cu dəqiqədə Kriştianu Ronaldu "Ən-Nəsr"in üstünlüyünü artırıb. Bu, 41 yaşlı futbolçunun karyerasında 982-ci qol olub.

66-cı dəqiqədə Teo Bonqonda "Əl-Feysali"nin heyətində fərqi azaldıb. 79-cu dəqiqədə isə Qabriel Anjelo Ər-Riyad təmsilçisinin üçüncü qolunu vuraraq oyunda yekun hesabı müəyyənləşdirib.

Çempionatda 10 oyundan sonra "Ən-Nəsr" 25 xalla ikinci pillədə qərarlaşıb. "Əl-Feysali" isə 7 xalla 15-ci yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 167

Oxşar yazılar