Süni intellekt dərmanların hazırlanmasında  yeni imkanlar açır
24 oktyabr 2026 04:54 (UTC +04:00)

Süni intellekt dərmanların hazırlanmasında yeni imkanlar açır

0

 

Biotexnologiya sahəsində fəaliyyət göstərən “PerturbAI” şirkəti və OpenAI süni intellektdən istifadə etməklə biotibbi tədqiqatları sürətləndirmək istiqamətində əməkdaşlığı genişləndirirlər.

Lent.az xəbər verir ki, bu barədə “Genetic Engineering & Biotechnology News” məlumat yayıb.

Əməkdaşlıq çərçivəsində bioloji məlumatların təhlili və potensial dərman hədəflərinin müəyyən edilməsi üçün süni intellekt əsaslı sistemlərdən istifadə nəzərdə tutulur.

Layihənin məqsədi mürəkkəb bioloji əlaqələri daha səmərəli araşdırmaq və yeni müalicə üsullarının hazırlanmasına kömək etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar