Payız-qış mövsümündə  hansı rənglər   dəbdə olacaq?
28 sentyabr 2022 09:58 (UTC +04:00)

Payız-qış mövsümündə hansı rənglər dəbdə olacaq?

Payız fəsli artıq başlayıb və havanın da temperaturu yavaş-yavaş aşağı düşür. Bu isə geyimlərdə özünü göstərir. Bəs, bu payız və qış fəslində əsasən hansı rəngli geyimlər dəbdə olacaq?

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hər zaman xilasedici klassik qara rəngli geyimlər bu payız mövsümündə heç də dəbdə olmayacaq. Qara rəngi əsasən çəhrayı, açıq rəngli yaşıl rənglər əvəzləyəcək. 

Əsasən isə aşağıdakı rəngli geyimlər dəbdə olacaq:

Çəhrayı 

Keçən mövsümdən etibarən "Barbie" filmi və "Valentino" markasının təsiri ilə yüksəlişdə olan bu rəng, payız-qış mövsümündə ən çox seçilən rənglərdən biri olacaq. 

Açıq yaşıl 

Yay mövsümündə kətan paltarlardan yavaş-yavaş daha qalın parçalarda üstünlük verilməyə başlanan açıq yaşıl rəngi, bir çox fərqli rənglə birləşərək istifadə edilə bilər. 

Tünd mavi 

Olduqca zərif kombinlərdə istifadə olunan bu rəng mavinin digər çalarlarını rahatlıqla müşayiət edə bilir. Qəhvəyi, bej və ağ rənglərlə çox yaraşdırdığımız mavi tonu bu sezonda tez-tez görəcəyik. 

Canlı yaşıl

Yay mövsümündə demək olar ki, hər mağaza vitrinində rastlaşdığımız bu rənglə payız-qış mövsümündə də istifadə edə bilərsiniz. Soyuq havaların klassik rənglərindən bir az uzaqlaşmaq üçün bu rəng çox yaxşı alternativdir. 

Narıncı

Hər saç və dəri rənginə uyğun olduğuna inandığımız narıncı rəng, yaşıl kimi qarderoblarınıza sevinc gətirəcək bir rəng olaraq növbəti mövsümdə kombinlərə yoldaşlıq edəcək. 

Zeytun yaşılı 

Növbəti sezon yaşıl rənglərin mövsümüdür! Hər tonunu sevdiyimiz zeytun yaşılı gələcək sezonda yüksəlişdə olanlar arasındadır. Çox qəşəng bir rəng olduğuna inandığımız bu rəngi qəhvəyi, qara və ağ kimi klassik rənglərlə tamamlaya bilməzsiniz.


 

# 2589
avatar

Sevinc Fərid

Oxşar yazılar

2023-cü ilin trend rəngi MƏLUM OLDU

2023-cü ilin trend rəngi MƏLUM OLDU

3 dekabr 2022 , 18:16
Sizə uğur gətirən əşyalar: At nalı, yonca, açar...

Sizə uğur gətirən əşyalar: At nalı, yonca, açar...

2 dekabr 2022 , 09:09
2022-ci ilin ən populyar  AYAQQABILARI

2022-ci ilin ən populyar AYAQQABILARI

30 noyabr 2022 , 15:55
2023-cü ilin əsas rəngi AÇIQLANDI  - Geyimlərdə bunu istifadə edin

2023-cü ilin əsas rəngi AÇIQLANDI - Geyimlərdə bunu istifadə edin

26 noyabr 2022 , 18:21
Dünyanın ən dəbli qadını  AÇIQLANDI

Dünyanın ən dəbli qadını AÇIQLANDI

25 noyabr 2022 , 17:20
Qışın ən dəbli 7 PALTO MODELİ

Qışın ən dəbli 7 PALTO MODELİ

22 noyabr 2022 , 10:38
İki "vedrədən" ibarət çanta 10,5 min dollara SATILIR  - FOTO

İki "vedrədən" ibarət çanta 10,5 min dollara SATILIR - FOTO

21 noyabr 2022 , 17:34
Qışda nələr dəbdə olacaq? AÇIQLANDI

Qışda nələr dəbdə olacaq? AÇIQLANDI

19 noyabr 2022 , 10:57