Türkiyədə tunc dövründə neyrocərrahi əməliyyat aparılırmış!
Qara dənizin cənubunda, Ekiztəpə adlanan ərazidə tunc dövründə beyində neyrocərrahi əməliyyatın aparıldığını təsdiq edən obyekt aşkarlanıb. Lent.az-ın “New Scientist” jurnalına istinadən verdiyi məlumata görə, bunu türkiyəli alim Önder Bildgi söyləyib.
Türkiyədə tapılan obyekt eradan əvvəl XXXII-XXI əsrlərə aiddir. Bura gildən düzəldilmiş dairəvi platforma, eyni zamanda iki vulkan şüşəsi-obsidian daxildir. Obsidian kəskin bıçaq kimi kəsicidir. Alimlər bildirirlər ki, obsidian Ekiztəpəyə uzaq yerdən gətirilib. Çünki bu regionda obsidian yoxdur.
Vulkan şüşəsindən düzəldilmiş kəsici alət iki ağızlıdır, eni 4 santimetrdir. Alət bu gün də kəsicilik qabiliyyətini saxlayıb. Obyektin ətrafında saxlanılmış 700 insanın kəlləsi tapılıb. Bu kəllələrdən 14-də iti alətə məxsus izlər var. Bu kəllə sümüklərində vulkan şüşəsi ilə açılmış deşiklər var.
Qalıqlar göstərir ki, bu cərrahi əməliyyata məruz qalmış insanlar minimum 2-3 il yaşayıblar. Beyin sümüyündəki deşik cərrahi əməliyyatdan sonra bitişməyə başlayıb. Bunlar müasir neyrocərrahi əməliyyatların analoqudur. Bir neçə kəllənin üzərində qan izləri aşkarlanıb. Bu, beyindaxili qanaxmanın uğurla qarşısının alındığını göstərir.

Oxşar yazılar

Rusiya Zaporojyeni vurdu
20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı
20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı
19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI
19 iyul 2025 , 19:53
Çobanı və bütün sürünü ildırım vurub öldürdü - VİDEO
19 iyul 2025 , 19:22
Zorlanan 12 yaşlı qız doğuş zamanı öldü
19 iyul 2025 , 17:24
"Vaqner"in nəzarətində olan mədəndə ATIŞMA: 10 nəfər öldü
19 iyul 2025 , 11:30