İldırımın öldürə bilmədiyi adam!
Kubada Jorge Marquez adlı bir fermeri 5-ci dəfə ildırım vurub.
Lent.az-ın “Cubadebate” saytına istinadən verdiyi məlumata görə, ölkənin cənubunda Las Tunas bölgəsindəki La Gulia kəndində yaşayan Jorge Marquez yenə də sağ qalmağı bacarıb.
Fermerin üzərinə ildırım ilk dəfə 1982-ci il iyunun 5-də traktoru idarə edərkən düşüb. O zaman Jorge Marquezin qulaq pərdəsi partlayıb, beli tamamilə yanıb. 1987-ci ildə ikinci, 1988-ci ildə üçüncü, 1991-ci ildə dördüncü, ötən gün isə beşinci dəfə onu ildırım vurub.
Jorge Marquezin evini isə 2 ildə 15 dəfə ildırım vurub. Fermer ildırım vurma halı ilə tez-tez üzləşməsini özünəməxsus izah edib: “Yəqin ki, ildırımı maqnit kimi çəkirəm. Adətən, üzərinə ildırım düşənlər ölürlər, amma mənim bədənim təsiri pis olsa da, bu müdhiş gücü qəbul edir. İlk iki ildırım vurması zamanı hərəkətsiz qaldım, xəstəxanaya aparıldım. Amma sonrakı ildırım vurmaları zamanı nəfəs yollarımda güclü qaşınma olsa da, mənə çox təsir etməyib. Son iki ildırım bir az uzaqdan düşdüyü üçün zəif idi, əslində mənim bədənim də ildırımlara alışdı. Eşitdiyimə görə, bir amerikalı meşə gözətçisini 7 dəfə ildırım vurub. Ancaq mənim bu rekordu qırmaq niyyətim yoxdur”.

Oxşar yazılar

İsrail “Hizbullah”ı vurdu
7 avqust 2025 , 05:51
Yer kürəsində uzunmüddətli geomaqnit qasırğası gözlənilir
7 avqust 2025 , 03:13
Çində COVID-19 geri qayıdır: məhdudiyyətlər bərpa olundu - VİDEO
6 avqust 2025 , 22:00
Qanada helikopter qəzası: iki nazir həlak oldu
6 avqust 2025 , 21:02
Ukraynadakı müharibə 108 jurnalistin həyatına son qoyub
6 avqust 2025 , 18:17
Trampa uğursuz zəngi bu ölkə prezidentinə milyardlarla dollara başa gəldi
6 avqust 2025 , 10:49
Tramp FES rəhbərini qovmaq istəyir - Yerinə 4 namizədi var
6 avqust 2025 , 03:50