Məşhur aktrisanın həbsinə order verildi
Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Loxan sınaq müddətinin şərtlərini pozmaqda şübhəli bilinir.
Bununla yanaşı, məhkəmə onun dərhal tutulması barədə qərar çıxartmayıb. Loxan ən azı sentyabrın 24-nə təyin olunan məhkəmə dinləmələrinə qədər azadlıqda olacaq. Həmin gün məhkəmə aktrisanın sınaq müddətinin şərtlərini həqiqətən də pozub-pozmadığını müəyyən edəcək.
Qeyd edək ki, Loxan 2007-ci ildə alkoqol və narkotik kefliliyi vəziyyətində avtomobil sürməkdə günahkar bilinib. O zaman aktrisaya 84 dəqiqə həbs cəzası və 3 illik sınaq müddəti kəsilib. Sonradan sınaq müddəti 4 ilə qədər artırılıb.
Sınaq müddətinin şərtlərindən biri alkoqol və narkotik qəbulundan imtina olub. Loxan sağlam həyat tərzi keçirtdiyini sübut etmək üçün vaxtaşırı analiz verməliymiş. Lakin bu ilin sentyabrın 18-də analizlərdən biri müsbət çıxıb. Qeyri-rəsmi məlumatlara görə, Loxan narkotik qəbul edirmiş.
Maraqlıdır ki, aktrisa buna qədər də bir neçə dəfə sınaq müddətinin şərtlərini pozubmuş. 2010-cu ilin mayında aktrisa məhkəməyə gəlməyib. Ardınca onun alkoqol asılılığından xilas olmaq üçün təyin edilən müalicə kursundan da keçməyib. İyul ayında məhkəmə onun barəsində 90 gün həbs qərarı çıxarıb. Amma aktrisa 14 gündən sonra həbsxananı tərk edərək reabilitasiya klinikasına gedib və 22 gün müalicə olunub.

Oxşar yazılar

İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09
Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü
13 iyul 2025 , 14:43
İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46