“Sabah”ın  oyununa görə Bakı metrosunda xüsusi iş rejimi tətbiq olunacaq
20 oktyabr 2026 11:32 (UTC +04:00)

“Sabah”ın oyununa görə Bakı metrosunda xüsusi iş rejimi tətbiq olunacaq

0

Bu gün Bakı metropoliteninin Qırmızı xəttində qatarlar gücləndirilmiş qrafiklə hərəkət edəcək.

Lent.az xəbər verir ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək “Sabah” FK-nın növbəti oyunu ilə əlaqədar metroda xüsusi iş rejimi tətbiq olunacaq.

Azarkeşlərin stadiona rahat gediş-gəlişini təmin etmək məqsədilə “Koroğlu” stansiyasında əlavə tədbirlər görüləcək.

Stansiyaya əlavə işçi qüvvəsi cəlb olunacaq, xüsusi növbətçilik cədvəli tərtib ediləcək və nəzarət mexanizmləri gücləndiriləcək.

Qarşılaşma başa çatdıqdan sonra sərnişin sıxlığının qarşısını almaq üçün zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Yaşıl və Bənövşəyi xətlərdə isə qatarların hərəkət qrafiki dəyişməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar