Ermənistanda qəzet redaktoru polisi döyməkdə günahlandırılır
0
0
Ermənistanın Baş Prokurorluğu müxalif yönümlü “Aykakan jamanak” qəzetinin redaktoru Nikol Paşinyana qarşı ittiham irəli sürüb.
Lent.az-ın “Panarmenian.am” saytına istinadən yaydığı məlumata görə, redaktor 2008-ci ilin martında, Ermənistanda prezident seçkilərindən sonra baş verən iğtişaşlar zamanı polis əməkdaşlarına qarşı zorakılıq törətməkdə günahlandırılır.
Baş Prokurorluq xatırladıb ki, hələ 2007-ci il 23 oktyabrda da Nikol Paşinyan polis əməkdaşına sağlamlıq üçün təhlükəli olmayan xəsarət yetirib.
Avqustun 4-də redaktor barəsində qaldırılan cinayət işi 2008-ci ilin martında baş verən kütləvi iğtişaşlarla bağlı işdən ayrılıb və işə ayrılıqda baxılmağa qərar verilib. Avqustun 5-də Nikol Paşinyan və vəkilinə bu barədə xəbər verilib və onlar materiallarla tanış olublar.
Qeyd edək ki, Nikol Paşinyan 2008-ci ilin mart hadisələrindən sonra axtarılsa da, gizlənib. Bu il iyulun 1-də isə hüquq-mühafizə orqanlarına könüllü təslim olub. Hazırda paytaxtdakı "Kentron" təcridxanasında saxlanılır.

Oxşar yazılar

ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55
Vaşinqton rəhbərliyi Tramp administrasiyasını məhkəməyə verdi
5 sentyabr 2025 , 00:52
Əfqanıstanda güclü zəlzələ oldu
4 sentyabr 2025 , 21:44
Rusiya XİN AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinə dair məlumat yaydı
4 sentyabr 2025 , 20:34