Hindistanda dünyanın ən geniş  yeraltı tuneli açıldı
05 may 2026 02:17 (UTC +04:00)

Hindistanda dünyanın ən geniş yeraltı tuneli açıldı

0

Mayın ilk günlərində Hindistan ərazisində dünyanın ən enli yeraltı avtomobil tunelinin rəsmi açılışı baş tutub.

Lent.az xəbər verir ki, müvafiq informasiyanı "The Print" nəşri paylaşıb.

Qeyd olunur ki, eni 22.3 metr, uzunluğu isə təqribən 9 kilometr təşkil edən bu infrastruktur obyekti Maharaştra ştatındakı Mumbay-Pune avtomagistralının yekun hissəsini təşkil edir. Tuneldə hər iki istiqamətə dörd hərəkət və əlavə olaraq təcili yardım zolaqları mövcuddur. Layihənin inşasına ümumilikdə 736 milyon dollar məbləğində vəsait sərf edilib.

Lonavala gölünün alt hissəsində, dağlıq ərazidə qazılmış bu tuneli unikal mühəndislik nailiyyətinə çevirən əsas amil onun qeyri-adi genişliyidir. Yerli mətbuatın verdiyi məlumata əsasən, mayın 1-də baş tutan rəsmi açılış mərasimində layihənin inşaatçılarına "dünyanın ən geniş tuneli" kateqoriyası üzrə Ginnesin Rekordlar Kitabının sertifikatı təqdim olunmaqla bu fakt öz təsdiqini tapıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 118

Oxşar yazılar