Bakıda iki dostu  öldürən 5 nəfərə  HÖKM OXUNDU
05 may 2026 12:41 (UTC +04:00)

Bakıda iki dostu öldürən 5 nəfərə HÖKM OXUNDU

0

Bakı Ağır Cinayətlər Məhkəməsində Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirməkdə təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazova hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən məhkəmədə hökmə əsasən, Nurani Məmmədov 17 il, Ramin Quliyev 5 il, Tural Məmmədov 15 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Nurani Məmmədova qarşı irəli sürülmüş 120.2.2-ci və 120.2.7 maddələri xaric edilib. Ramin Quliyevə qarşı irəli sürülmüş 32.4, 120.2.2-ci və 32.4, 120.2.7-ci maddələrinə bəraət verilib. 
Yunis Rəhimov və Sərxan Şahbazov isə 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. 

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilənlər - Nurani Məmmədovun ömürlük, Tural Məmmədovun və Ramin Quliyevin 20 il, Sərxan Şahbazovun və Yunis Rəhimovun  3 il müddətinə həbs olunmasını məhkəmədən istəmişdi.

Xatırladaq ki, hadisə 2022-ci ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb. İki dost Şahin Bayramov və Fərid Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. İstinaq araşdırıması zamanı bu hadisənin törədilməsində günahkar bilinən Sərxan Şahbazov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Yunis Rəhimov məsuliyyətə cəlb olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 164

Oxşar yazılar