Gəncədə sexdə baş verən yanğın  söndürüldü-VİDEO
05 may 2026 06:21 (UTC +04:00)

Gəncədə sexdə baş verən yanğın söndürüldü-VİDEO

0

Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

*** Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


***
05:58

Gəncədə günəbaxan tumu sexində baş verən yanğın məhdudlaşdırılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, yanğın nəticəsində 1500 kvadratmetr sahə yanıb.

***
05:38

Gəncədə yanğın başlayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində yerləşən günəbaxan tumu sexində qəfil yanğın baş verib.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhəri və ətraf rayonlardan yanğınsöndürən qüvvələri cəlb olunub.

Yanğının geniş olması söndürmə işlərində çətinliklər yaradıb.

Hazırda alovun qarşısının alınması istiqamətində işlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 540

Oxşar yazılar