Braziliyada təyyarə  yaşayış evinə çırpıldı
05 may 2026 08:09 (UTC +04:00)

Braziliyada təyyarə yaşayış evinə çırpıldı

0

Braziliyanın Belo-Orizonti şəhərində yüngülmühərrikli təyyarə yaşayış evinə çırpılıb.

Lent.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hadisə nəticəsində pilot və bir sərnişin həlak olub, digər şəxslər xəsarət alıb.

Təyyarədə ümumilikdə beş nəfərin olduğu ehtimal edilir.

Məlumata görə, pilot uçuş zamanı texniki problemlər barədə dispetçerə xəbər verib.

Çırpıldığı ev boş olduğundan sakinlər arasında xəsarət alan olmayıb.

Hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 116

Oxşar yazılar