145 nəfərin qatili tutuldu
18 aprel 2011 14:02 (UTC +04:00)

145 nəfərin qatili tutuldu

0
Meksika polisi kütləvi qətldə təqsirləndirilən “Zetas” narkoqruplaşmasının lideri Martin Estradanı həbs edib. Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, “Kiloqram” ləqəbli Martin Estradaya artıq San-Fernandoda 145 nəfərin öldürülərək birgə basdırılması ilə bağlı ittiham irəli sürülüb.

Bundan əvvəl Meksika hökuməti cinayətkar qruplaşmanın rəhbərinin yeri barədə məlumat verəcək şəxsə 1,2 milyon dollar mükafat vəd etmişdi.

Kütləvi qətliamın səbəbi hələ də məlum deyil. Polis ehtimal edir ki, həmin şəxslər Zetas qruplaşmasına qoşulmadıqları üçün öldürülüblər. Martin Estrada 2010-cu ilin yayında Tamaulipas ştatında Mərkəzi və Cənubi Amerikadan olan 72 miqrantın ölümündə də günahlandırılır.

Martin Estrada ilə birlikdə cinayətkar qruplaşmanın 5 üzvü də saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 592

Oxşar yazılar