Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı
10 oktyabr 2026 21:50 (UTC +04:00)

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

0

Bakı-Qazax magistralında avtomobil piyadanı vuraraq ağır xəsarətlər yetirib.

Lent.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 111-ci kilometrliyində Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili Hacıqabul sakini, 1974-cü il təvəllüdlü Cəfərov Asəf Yusif oğlunu vuraraq ağır yaralayıb.

Müxtəlif politravmalar alan piyada travmatik şok vəziyyətində Şirvan Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

 

Əlibəy Zeynallı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 498

Oxşar yazılar