17 milyon Instagram istifadəçisinin məlumatları oğurlandı
11 yanvar 2026 01:34 (UTC +04:00)

17 milyon Instagram istifadəçisinin məlumatları oğurlandı

0

Hakerlər Instagram platformasının təxminən 17,5 milyon istifadəçisinə aid məlumatları ələ keçiriblər.

Lent.az xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.

Qeyd olunur ki, məlumat sızıntısı barədə informasiya istifadəçilərin kütləvi şəkildə parol dəyişdirilməsi ilə bağlı bildirişlər almağa başlamasından bir neçə saat əvvəl BreachForums forumunda paylaşılıb.

Forbes yazır ki, “17,5 milyon Instagram istifadəçi hesabının sızması ilə bağlı fövqəladə məlumat fonunda parolun sıfırlanması cəhdlərinin artması ehtimal olunur”.

Nəşr əlavə edir ki, bu cür hücumlar istifadəçilərdə gözlənilməzlik və panika effekti yaratmağa hesablanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1125

Oxşar yazılar