İlin son günəş tutulması  başladı
12 avqust 2026 19:39 (UTC +04:00)

İlin son günəş tutulması başladı

0

Bu ilin ikinci və son Günəş tutulması başlayıb. Bu, tam Günəş tutulmasıdır.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Lent.az-a verilən xəbərə görə, Günəş tutulması Bakı vaxtı ilə 23:57-də başa çatacaq.

Maksimum faza isə saat 21:46-da baş verəcək.

Ümumilikdə təxminən 5 saat çəkəcəyi gözlənilən tutulma hadisəsi zamanı günəş diskinin tam tutulması təqribən 7 dəqiqə davam edəcək.

Tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya, həmçinin Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə ediləcək. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.

İlin ilk Günəş tutulması kimi son Günəş tutulması da Azərbaycandan müşahidə olunmayacaq. Azərbaycandan müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş vermiş qismən Günəş tutulması olub. Növbəti müşahidə edilə biləcək tutulma isə 2 avqust 2027-ci ildə baş verəcək. Bu tutulma tam Günəş tutulması olsa da, Azərbaycandan tam kölgə zolağından kənarda qaldığı üçün yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.

Günəş tutulmasını linkə daxil olaraq izləmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar