“Xiaomi”dən yeni smartfon: 200 MP əsas kamera, 8580 mAh batareya.......
13 avqust 2026 03:11 (UTC +04:00)

“Xiaomi”dən yeni smartfon: 200 MP əsas kamera, 8580 mAh batareya.......

0

“Xiaomi” Çində keçirdiyi tədbirdə yeni “Redmi K100 Pro” və “K100 Pro Max” smartfonlarını təqdim edib.

Lent.az xəbər verir ki, hər iki model 185 Hz yenilənmə tezliyinə malik OLED ekran, 200 MP əsas kamera və güclü “Snapdragon” prosessoru ilə təchiz olunub.

“Redmi K100 Pro” 6,59 düymlük ekran, 200 MP + 50 MP telefoto + 8 MP ultra geniş kamera və 8580 mAh batareya ilə gəlir. Batareya 100 Vt simli və 50 Vt simsiz şarjı dəstəkləyir.

Daha üst səviyyəli “K100 Pro Max” isə 6,9 düymlük ekran, “Snapdragon 8 Elite Gen 5”, 200 MP əsas kamera, 50 MP periskop telefoto və 9070 mAh batareya ilə təchiz edilib.

Çində “Redmi K100 Pro”nun qiyməti 548 dollardan, “Pro Max” modelinin qiyməti isə 666 dollardan başlayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 132

Oxşar yazılar