Xocavənddə buldozer minaya düşdü:  yaralılar var
12 avqust 2026 18:52 (UTC +04:00)

Xocavənddə buldozer minaya düşdü: yaralılar var

0

Xocavənddə mina partlayışı olub.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda bildirilib ki, hadisə avqustun 12-də işğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində baş verib.

Qazax rayon sakini 65 yaşlı Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı Tovuz rayon sakinləri 37 yaşlı Sənan Söhrab oğlu Fərəcov və 23 yaşlı Fuad İlqar oğlu Əhmədov xəsarət alıblar.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır. 

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar