44 yaşlı qadın xeyriyyə konteynerində  sıxılıb öldü - ŞOK HADİSƏ
15 avqust 2025 16:43 (UTC +04:00)

44 yaşlı qadın xeyriyyə konteynerində sıxılıb öldü - ŞOK HADİSƏ

ABŞ-ın Linkoln şəhər sakini Kaliforniyada ianə qutusunda ilişib qalıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, avqustun 5-də Lodi şəhər polisi 44 yaşlı Diana Borisenkonu xeyriyyə məqsədilə geyim yığımı üçün nəzərdə tutulmuş konteynerdə qismən sıxışmış vəziyyətdə aşkarlayıb. İstintaq versiyasına görə, qadın əlini çox dərin uzadıb və qapı onun bədəninə təzyiq göstərməyə başlayıb. O, nə qədər çox çıxmağa çalışsa da, təzyiq bir o qədər artıb.

Xilasedicilər Borisenkonu çıxarıb reanimasiya etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Xəstəxanada onun ürəyi dayanıb. Qadının nə qədər müddət sıxılı qaldığı məlum deyil. Hakimiyyət orqanları bildirib ki, həmin konteyner qanunsuz quraşdırılıb və artıq sökülüb.

Leytenant Erik Şou izah edib ki, qutunun konstruksiyası ölümcül tələ kimi işləyib: insan nə qədər çox əlini uzadırdısa, qapı bir o qədər bədəni sıxırdı. Hadisə ABŞ-da geniş yayılmış bu tip xeyriyyə konteynerlərinin təhlükəsizliyi ilə bağlı suallar doğurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354

Oxşar yazılar