Moskvada restoran sahibinin maşını atəşə tutuldu
13 avqust 2026 21:53 (UTC +04:00)

Moskvada restoran sahibinin maşını atəşə tutuldu

0

Moskvanın mərkəzində "Levantine" restoranının sahibi Şaiq Süleymanova məxsus avtomobil atəşə tutulub.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə ötən axşam Trubnikovski döngəsində baş verib.

Naməlum şəxs 46 yaşlı biznesmenin idarə etdiyi “Range Rover” markalı avtomobilə bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. Şaiq Süleymanov xəsarət almayıb və polisə müraciət edib.

Hadisə yerində 9 mm çaplı üç giliz aşkarlanaraq ekspertizaya göndərilib.

Polis atəş açan şəxslərdən birinin şübhəli qismində saxlanıldığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar