Həbsdə olan keçmiş vəkil Elman Paşayevin “Range Rover” markalı avtomobili hərraca çıxarılıb.
Lent.az xəbər verir ki, Paşayevin 36,5 milyon rubldan çox borcu olduğu üçün avtomobil 2024-cü ilin sentyabrında məhkəmə icraçıları tərəfindən müsadirə edilib.
Paşayev sonradan avtomobilinin üzərindəki həbsin götürülməsi üçün məhkəməyə müraciət edib. O, Rusiya Müdafiə Nazirliyi ilə müqaviləsinin olduğunu və hərbi əməliyyatlarda iştirak etdiyinə görə borcun məcburi şəkildə tutulmasının dayandırılmalı olduğunu bildirib. Məhkəmə isə onun arqumentlərini qəbul etməyib. Buna görə də “Range Rover” avtomobili satış üçün açıq hərraca çıxarılıb.
Elman Paşayev hazırda başqa bir dələduzluq işi üzrə həbsdədir. İstintaq hesab edir ki, o, Aleksey Blinovskidən 20 milyon rubldan çox, həmçinin 300 min dollar alaraq onun və bloqer Yelena Blinovskayanın cinayət işi ilə bağlı problemlərini həll etməyə kömək edəcəyini vəd edib.