JCB şirkətinin modifikasiya edilmiş “Hydromax” avtomobili hidrogenlə işləyən nəqliyyat vasitələri arasında dünya sürət rekordunu qıraraq saatda 653,9 kilometr sürətə çatıb.
Lent.az xəbər verir ki, bu barədə The Register məlumat yayıb.
Əslində tikinti texnikası ilə tanınan JCB bu dəfə tamamilə fərqli layihə ilə gündəmə gəlib. “Hydromax” xüsusi hazırlanmış və hidrogen yanacağı ilə işləyən mühərriklərdən istifadə edir. Avtomobilin maksimal sürəti 406 mil/saat, yəni təxminən 653,9 km/saat təşkil edib.
Bu nəticə hidrogen yanacağının yüksək performanslı nəqliyyat vasitələrində də istifadə oluna biləcəyini göstərən diqqətçəkən nümunələrdən biri hesab olunur.