Avstraliyada keçirilən tədbirdə erməni terroru pislənilib
31 oktyabr 2020 16:14 (UTC +04:00)

Avstraliyada keçirilən tədbirdə erməni terroru pislənilib

Avstraliyanın Yeni Cənubi Uels vilayətində Auburn Türk evində Türkiyənin Cümhuriyyət günü münasibətilə tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə,

tədbirdə Türkiyənin bu ölkədəki baş konsulu Ali Sevim və türk diplomatları, Avstraliyanın keçmiş Federal senatoru Lauri Ferqyuson, Yeni Cənubi Uels vilayətinin millət vəkili, Azərbaycanın və Türkiyənin yaxın dostu Linda Valtz və Türk Dərnəklərinin sədrləri, o cümlədən Avstraliya Azərbaycan Assosiasiyasının sədri Mikayıl Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyinin üzvü Sima Azərsun iştirak edib.

Mikayıl Oyta tədbirdə çıxış edərək əlamətdar bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib, Azərbaycan və Türkiyə arasında dostluq-qardaşlıq münsaibətlərinin əbədi və  sarsılmaz olduğunu vurğulayıb.

Mikayıl Oyta  işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktları barədə tədbir iştirakçılarına məlumat verib. Azərbaycanın cəbhə zonasından kənarda yaşayan dinc sakinlərinin təcavüzkar erməni ordusu tərəfindən qəsdən hədəfə alınmasının insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti olduğu qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 899

Oxşar yazılar

Moskvada partlayış  - 2 ölü, 15 yaralı - VİDEO  - YENİLƏNİB

Moskvada partlayış - 2 ölü, 15 yaralı - VİDEO - YENİLƏNİB

4 may 2025 , 22:55
İranda daha iki bölgədə yanğın oldu - VİDEO

İranda daha iki bölgədə yanğın oldu - VİDEO

4 may 2025 , 22:29
İranda partlayışa görə iki nəfər saxlanıldı

İranda partlayışa görə iki nəfər saxlanıldı

4 may 2025 , 20:46
CHP sədri Özgür Özələ hücum edilib

CHP sədri Özgür Özələ hücum edilib

4 may 2025 , 15:35
Kaliforniyada təyyarə yaşayış evlərinə çırpıldı

Kaliforniyada təyyarə yaşayış evlərinə çırpıldı

4 may 2025 , 08:01
Qəzzada son sutkada 39 nəfər  öldü

Qəzzada son sutkada 39 nəfər öldü

4 may 2025 , 07:21
Çilidə dəhşətli zəlzələ  baş verdi

Çilidə dəhşətli zəlzələ baş verdi

4 may 2025 , 05:19
Çində helikopter faciəsi:  10 metrlik yüksəklikdən yerə çırpıldı

Çində helikopter faciəsi: 10 metrlik yüksəklikdən yerə çırpıldı

4 may 2025 , 04:32