ABŞ-da 32 il əvvəl yoxa çıxmış qız  sağ tapıldı
03 aprel 2026 03:34 (UTC +04:00)

ABŞ-da 32 il əvvəl yoxa çıxmış qız sağ tapıldı

0

1994-cü ildə ABŞ-də 13 yaşında olarkən yoxa çıxan Arizona ştatı sakini Kristina Mari Plant 32 il sonra sağ tapılıb.

Lent.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri xəbər yayıb.

Nəşr bildirir ki, qızın itkin düşdüyü vaxt yerli hüquq-mühafizə orqanları, könüllülər və regional resursların iştirakı ilə genişmiqyaslı axtarış işləri aparılıb. Ərazidə həyata keçirilən hərtərəfli tədbirlərə, dindirmələrə və istintaq hərəkətlərinə baxmayaraq, uzun müddət heç bir nəticə əldə etmək mümkün olmayıb.

ABŞ-də 32 il əvvəl yoxa çıxmış qız sağ tapılıb - FOTO

ABŞ-də 32 il əvvəl yoxa çıxmış qız sağ tapılıb - FOTO

Kristina Mari Plant 16 may 1994-cü ildə Feniksdən şimal-şərqdə yerləşən kiçik Star-Velli rayonundan yoxa çıxıb. O, sonuncu dəfə atının saxlandığı tövləyə doğru gedərkən görülüb. Qız barədə məlumatların uşaq axtarışı üzrə milli məlumat bazalarına daxil edilməsinə və fotoşəkillərinin olduğu plakatların bütün ştata yayılmasına baxmayaraq məsələ açılmamış qalıb.

Şerif xidmətindən bildirilib ki, işin istintaqında dönüş nöqtəsi müasir texnologiyaların və yeni araşdırma üsullarının tətbiqi sayəsində mümkün olub. Hazırda Kristina Mari Plantın itəndən sonrakı taleyi və keçən illər ərzində harada olduğu ilə bağlı detallar məxfilik səbəbindən açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar