Avqustun 12-də Avropanın bəzi ərazilərindən müşahidə olunacaq tam Günəş tutulması alimlər üçün mühüm sınağa çevriləcək.
Lent.az xəbər verir ki, italiyalı tədqiqatçılar Günəşin tacını daha sürətli və detallı öyrənməyə imkan verəcək yeni spektrometri İspaniyada sınaqdan keçirəcəklər.
Cihaz Günəş işığını müxtəlif dalğa uzunluqlarına ayıraraq tacın quruluşunun araşdırılmasına kömək edəcək.