İranda 19 ay əvvəl həbs edilən  güneyli fəalın bataqlıqdan meyiti tapıldı
11 avqust 2026 11:17 (UTC +04:00)

İranda 19 ay əvvəl həbs edilən güneyli fəalın bataqlıqdan meyiti tapıldı

0

İranda 19 ay əvvəl həbs edilən güneyli fəalın meyiti tapılıb. 

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyanodab) rayonunun Çalxamaz kəndində yaşayan 42 yaşlı Həsən Rəhimi "İnstagram"da Azərbaycan türklərinin hüquqlarını müdafiə etdiyi üçün mülki geyimlilər tərəfindən qaçırılmışdı.

Həbsindən üç gün sonra ETTELAAT tərəfindən saxlanıldığı təsdiqlənsə də, 19 ay sonra onun meyiti dağ ətəyində, palçığın içində tapılıb.

Polis ailəyə qatilin yeri etiraf etdiyini bildirsə də, onun kimliyi və qətl səbəbi haqqında məlumat verməyib.

"IranWire"in baxdığı görüntülərə görə, 19 ay keçməsinə baxmayaraq cəsəd çürüməyib və bütöv qalıb, yalnız üzü tanınmaz halda olub.

Bu da onun uzun müddət morqda saxlanıldıqdan sonra basdırılması şübhəsini yaradır, lakin Məhkəmə Tibbi Ekspertizası cəsədin çürüdüyünü və ölüm vaxtının təyin edilə bilmədiyini iddia edib. Həsən Rəhimi avqustun əvvəlində kənd qəbiristanlığında dəfn olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar