Pələng 63 yaşlı kişini yedi
11 avqust 2026 13:10 (UTC +04:00)

Pələng 63 yaşlı kişini yedi

0

Hindistanın Tamilnad ştatında pələng 63 yaşlı Balakrişnan adlı kişini parçalayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, yaşlı kişi avqustun 8-i axşam saatlarında itkin düşüb. Səhər saatlarında onun yaxınları narahat olaraq axtarışlara başlayıblar.

Bir müddət sonra Balakrişnanın parçalanmış meyiti çay plantasiyasının yaxınlığında aşkar edilib. Onun bədəninin bir hissəsinin yırtıcı tərəfindən yeyildiyi müəyyənləşib.

İlkin ehtimala görə, kişiyə pələng hücum edib.

Hazırda səlahiyyətli şəxslər yırtıcının axştarışlarına başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 138

Oxşar yazılar